Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində qarşılaşacaq rəqiblər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı təmsil edən qrossmeysterlərimiz Teymur Rəcəbov holland Aniş Giri, Şəhriyar Məmmədyarov isə erməni Levon Aronyanla qarşılaşacaq.

Qeyd edək ki, ilkin mərhələ oyunları 13-15 martda, 1/4 final görüşləri 16-17 martda, yarımfinallar 18 - 19 martda, final partiyaları isə 20-21 martda gerçəkləşəcək.

Martın 13-də start götürəcək əsas mərhələnin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq.