FIDE (Beynəlxalq Şahmat Federasiyası) yeni reytinq cədvəlini təqdim edib.
Offsideplus.az xəbər verir ki, ilk Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov "10-luq"dakı yerlərini qoruyublar. Məmmədyarov bir pillə irəliləyərək 8-ci olub (2770 xal). Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
“Üçlük”dəki adlar dəyişməyib. Norveçli Maqnus Karlsen birinci (2847), ABŞ-lı Fabiano Karuana ikinci (2820), Çinli Dinq Liren üçüncüdür (2791).
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 79-cu sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.