FIDE (Beynəlxalq Şahmat Federasiyası) iki yeni təyinat rəsmiləşdirib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimova Tədbirlər Komissiyasının katibi təyin olunub. Qrossmeyster daha öncə FIDE-nin Qadın Şahmatı Komissiyasında analoji postunu tuturdu. 

Onun boş qalan vəzifəsini ingiltərəli Kristel Yager Hafştad yerinə yetirəcək.