Qrossmeysterimiz Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsində üçüncü yeri tutub.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyib.
Bu rəqiblə ilk oyun günündə 2,5:1,5 hesablı üstünlüklə ayrılan Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.
Final oyununda isə Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşır.
Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.