Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz Teymur Rəcəbov bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.
Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşün norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. Yarımfinal qarşılaşmaları 11-12 fevralda baş tutacaq.
"Opera Euro Rapid"
1/4 final
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2 (tay-breykdə 0,5:1,5)
Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 0,5:2,5 (tay-breykdə 2:1)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2:0
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2