Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi  “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Teymur Rəcəbov bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşün norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. Yarımfinal qarşılaşmaları 11-12 fevralda baş tutacaq.

"Opera Euro Rapid"

1/4 final

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2 (tay-breykdə 0,5:1,5)

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 0,5:2,5 (tay-breykdə 2:1)

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2:0

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2