Norveçli dünya ulduzu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur keçirilib.

Offsideplus.az xəbər verir ki,  "Opera Euro Rapid"də ölkəmizi təmsil edən Teymur Rəcəbov ağ fiqurlarla Aniş Giri (Niderland) və Hikaru Nakamura (ABŞ), qara fiqurlarla isə Yan Nepomnyaşi (Rusiya), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşıb.

Bütün görüşlər heç-heçə ilə yekunlaşıb.

Hazırda azərbaycanlı qrossmeysterin aktivində 10 oyundan 5,5 xal var.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

"Opera Euro Rapid"
7 fevral
VI tur: Teymur Rəcəbov - Aniş Giri (Niderland) - 0,5:0,5
VII tur: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5
VIII tur: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
IX tur: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov - 0,5:0,5
X tur: Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5