Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Offsideplus.az AŞF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya beş il kişi şahmatçılardan ibarət milli komandada çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğur arzulayıb.

Qeyd edək ki, Arkadi Naydiç 2017-ci ildə Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.