Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası 2024-cü il Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi şəhəri açıqlayıb.

Offsideplus.az xəbər verir ki,  Macarıstanın paytaxtı Budapeşt Olimpiadaya ev sahibliyi edəcək. 

Ümumdünya Şahmat Olimpiadası FIDE üzvü olan yığmalar üçün keçirilən komanda yarışıdır. Olimpiada 1950-ci ildən iki ildə bir dəfə gerçəkləşir. 2016-cı il Olimpiadasına Bakı şəhəri ev sahibliyi edib.

Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Lakin Rusiyadakı yarış koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.