FİDE Şurası koronavirus pandemiyasına görə şahmatçıların reytinq siyahısı ilə bağlı qaydaları dəyişib.
Offsideplus.az xəbər verir ki, qurum fəaliyyətsiz hesab olunma müddətini 12 aydan 24 aya qaldırıb. Əvvəl son 12 ayda heç bir rəsmi oyun keçirməyən şahmatçılar qeyri-aktiv hesab edilir və siyahıdan kənarda qalırdı.
Bu qərar koronavirusla bağlı vəziyyət əvvəlki qaydaya qayıtdıqdan sonra atılacaq növbəti addıma qədər qüvvədə olacaq və həmin vaxt yenidən 12 aya keçiləcək.