Ümumdünya Şahmat Olimpiadasında qalib müəyyyənləşib.
Offsideplus.az xəbər verir ki, internet üzərindən keçirilən yarışın həlledici qarşılaşmasında Rusiya və Hindistan yığmaları üz-üzə gəliblər.
Birinci oyunda 3:3 hesablı bərabərlik qeydə alınıb. İkinci görüşdə 4.5-1.5 hesabı ilə qalib gələn Rusiya turnirin çempionu olub.
Finalda diqqəti çəkən məqam isə hindistanlı zəka sahiblərinin serverində problemin yaranması olub.
Şahmatçıların vaxtda rəqibə uduzmalarına görə, qələbə Rusiya millisinə verilib.
Qeyd edək ki, Azərbaycan da bu yarışın iştirakçısı olub və 1/4 finalda Polşaya məğlub olaraq mübarizəni dayandırıb.