Ümumdünya Şahmat Olimpiadası davam edir.
Offsideplus.az xəbər verir ki, yığma komandamız dörddə bir finalda Polşa ilə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olub. İkinci qarşılaşmada isə təmsilçilərimiz 4.5-1.5 hesabı ilə qalib gəlib. Bundan sonra təkbətək duel olub. Sona 2 saniyə qalmış "mat" olan Günay Məmmədzadə millimizin məğlubiyyətinə səbəb olub.
Qeyd edək ki, millimiz qalib gələcəyi təqdirdə yarımfinalda Hindistanla görüşəcəkdi.
Xatırladaq ki, yığmamızın əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.