Ümumdünya Şahmat Olimpiadasında "Top-divizion"un oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan millisi bu gün növbəti görüşlərini keçirir.
Komanda yarışın ikinci günündə ilk görüşünü Ukraynaya qarşı keçirən komandamız məğlub olub - 2.5 - 3.5. İkinci görüşündə Slovakiya üzərində 5-1 hesablı inamı qələbə qazanıb.
Komandamız günün son oyununda Qazaxıstan yığmasına uduzaraq dördüncü pilləyə enib - 3.5-2.5.
Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir. Ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.
Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.