Bir neçə gün əvvəl yerli oyun şirkəti "Eleven Kings" İngiltərə Premyer Liqası klubu "Şeffild Yunayted"lə əməkdaşlığa başladıqlarını elan etmişdi.
Offsideplus.az xəbər verir ki, hazırda turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşan klubunun sosial media hesablarında bu gün "Eleven Kings"in sponsorluğu ilə ilk veriliş yayımlanıb. "Inside United" adlanan rubrika "Youtube", "Facebook", "Twitter", "Spotify" kimi müxtəlif kanallarla yayımlanır.
"Eleven Kings" şirkətinin təsisçisi Orxan Rzayevin saytımıza verdiyi məlumata görə, yaxın günlərdə "Şeffild Yunayted" klubunun yayımlayacağı xüsusi buraxılış jurnalda da "Eleven Kings" haqda reklam məlumatları yer alacaq. Jurnal həm çap halında, həm də onlayn kanallarda satışa çıxarılacaq.
Qeyd edək ki, "Eleven Kings" onlayn futbol menecer oyunudur. Azərbaycanlı komandanın yaratdığı bu oyun hazırda Google Play və App Store-da mövcuddur. Gələn ay oyunun Desktop versiyası da istifadəyə veriləcək.
"Şeffild Yunayted"in "Eleven Kings"in sponsorluğu ilə yayımlanan ilk verilişini təqdim edirik: