"Gaming League Azerbaijan", Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu dəfə PUBG Mobile üzrə Milli Liqa təşkil edir.

Offsideplus.az xəbər verir ki, ölkəmizdə 1,5 milyondan çox istifadəçisi olan bu oyunu komanda şəklində oynayan hər kəs Milli Liqaya qoşulub hədiyyə və mükafatlar qazanmaq şansı əldə edə bilər.

Video blogger Əlixan Rəcəbov və komandasının da yer aldığı liqada ümumilikdə ölkənin ən güclü 16 kollektivi mübarizə aparacaq.

İyunun 17-dən etibarən 200-dən çox komanda seçmə mərhələdə liqaya düşmək uğrunda mübarizəyə başlayacaq. 1-ci mərhələ 17 iyun saat 14:00-17:00, 2-ci mərhələ 18 iyun saat 14:00-17:00, 3-cü mərhələ 19 iyun saat 20:00-22:00, 4-cü mərhələ 22 iyun saat 14:00-17:00 və 5-ci mərhələ 23 iyun saat 14:00-17:00-da baş tutacaq.

PUBG Mobile Milli Liqası isə 26 iyun, Azərbaycanın Silahlı Qüvvələr Günündə start götürəcək. Bu gərgin mübarizəni Gaming League Azerbaijan - Youtube kanalında izləyə bilərsiniz.