Şahmat dünyasının norveçli ulduzu Maqnus Karlsenin 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti - üçüncü seriyası olan “Online Chess Masters”in iştirakçıları müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu mərhələyə 12 şahmatçı qatılacaq. Mükafat fondu 150 min ABŞ dolları olan yarış 20 iyun - 5 iyul tarixlərində keçiriləcək. Turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da iştirak edəcək.
Qeyd edək ki, yarışın qalibi 45 min ABŞ dolları qazanacaq.