FİDE tərəfindən təşkil edilən onlayn şahmat üzrə Millətlər kubokunda 3-cü oyun gününə start verilib.

Offsideplus.az 180 min dollar mükafat fondu olan yarışın V turunda Hindistan - Rusiya, ABŞ - Çin və Dünya - Avropa cütləri qarşılaşır.

Dünya yığmasının heyətində yer alan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov I dövrənin son turunda Maksim Vaşye-Laqravıa görüşüb. Təmsilçimiz imtina etdiyi İddiaçılar turnirində onu əvəzləyən fransalıya qarşı ağ fiqurlarla mübarizə aparıb.

İlk 4 turda qələbə qazana bilməyən və cəmi 1,5 xal toplayan Teymur bu görüşdə də heç-heçəyə qane olub.

Qeyd edək ki, bu gün keçiriləcək VI turda Teymurun yer aldığı Dünya yığması Çinlə görüşəcək.