Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə 8 şahmatçının iştirak etdiyi onlayn superturnir başa çatıb.

Offsideplus.az xəbər verir ki, final görüşündə M.Karlsen ABŞ şahmatçısı Hikaru Nakamuranı 2,5:1,5 hesabı ilə məğlub edərək turnirin qalibi olub. O, həmçinin turnirin 250 min dollarlıq mükafat fondundan 70 min dollar qazanıb.