“Təhsil” respublika idman mərkəzinin təşkil etdiyi sürətli şahmat üzrə 17 yaşadək zəka sahibləri arasında onlayn qran-pri turniri yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, sözügedən turnirdə 17 yaşadək məktəblilər, Təhsil nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının üzvləri iştirak edib.

Yarışın qalibi Aydın Süleymanlı olub. O finalda Elmar Atakişiyevi məğlub edib və 300 manat mükafata sahib çıxıb.