FİFA20 Milli Liqasının 4 turu arxada qalıb.

Offsideplus.az xəbər verir ki, “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi turnirə 4 turdan sonra Cavid Murtuzayevin təmsil etdiyi “Kalbacar Wolves” komandası yüz faizlik nəticə ilə (12 xal) liderlik edir. Onlarla eyni xala malik, Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” kollektivi 2-ci sırada qərarlaşıb. İlk üçlüyü isə aktivində 9 xalı olan və İbrahim Kərimovun başçılıq etdiyi “Gobustan Stones” komandası təşkil edir.

Qeyd edək ki, ümumi mükafat fondu 17 min manat olan liqanın növbəti turlarına aprelin 23-dən start veriləcək.

Fifa Scoreboard 4 1

Fifa Match List Recovered tur 4 netice