Bu gün hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun növbəti görüşləri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, bugünkü qarşılaşmalarda Rusiyalı Yan Nepomnyaşi fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq ABŞ şahmatçısı Fabiano Karuana ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, ikinci turun ilk qarşılaşmalarında M. Karlsen FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca, amerikalı Hikaru Nakamura Niderland təmsilçisi Aniş Girini məğlub ediblər.

Hazırda M.Karlsen 5 xalla birinci, H. Nakamura 4 xalla ikincidir. Turnirin digər iştirakçıları M.Vaşe-Laqrav, L. Dinq və F. Karuana 3 xala malikdirlər. Y. Nepomnyaşi, Ə.Firuzca və A.Giri isə hələ ki, xalsızdırlar.