Şahmat üzrə dünya çempionu Maqnus Karlsen gözlənilməz məğlubiyyətlə üzləşib.
Offsideplus.az xəbər verir ki, norveçli qrossmeyster "Banter Blitz Cup" adlı onlayn turnirin finalında 16 yaşlı iranlı Əlirza Firuzcaya uduzub - 7,5:8,5.
Karlsen görüşdən sonra rəqibin güclü olduğunu etiraf edib: "Əlirza layiqli qələbə qazandı. O, inanılmaz dərəcədə güclüdür".