Azərbaycan Kiber İdman Federasiyası“Gaming League Azerbaijan” Gənclər və İdman Nazirliyinin dəstəyi, Topaz-ın baş sponsorluğu ilə onlayn turnirlərin təşkilinə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, həmin yarışlarda Azərbaycan Respublikası ərazisində yaşayan istənilən şəxs adi ev şəraitində səhhəti ilə bağlı heç bir təhlükəylə üzləşmədən iştirak edə bilər. 

Federasiyanın anonsunun sizlərin diqqətinə çatdırırıq:

"Hörmətli video-oyun həvəskarları!

Məlum olduğu kimi, yaranmış epidemioloji vəziyyətlə əlaqədər bütün dünyada, o cümlədən ölkəmizdə də bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Epidemioloji vəziyyətlə bağlı müxtəlif növ kütləvi tədbirlər, o cümlədən idman yarışları ləğv olunub, bütün kiber oyun ictimaiyyətinin ənənəvi mərkəzi olan internet-klubların fəaliyyəti dayandırılıb. Yarışların ənənəvi qaydada keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq bir qayda olaraq yaz-yay aylarında təşkil olunan Kompyuter oyunları üzrə Azərbaycan çempionatının, o cümlədən Dünya çempionatına Milli seçmə mərhələsinin vaxtı dəyişdirilərək payız-qış aylarına keçirilib. Yarışların dəqiq tarixi ilə bağlı daha geniş məlumat hadisələrin gedişatından və kütləvi tədbirlərə qoyulmuş məhdudiyyətin davam etmə müddətindən asılı olaraq veriləcək.

Yaranmış çətinliyə və çoxdandır gözlənilən kiber idman liqaların keçirilməsinin mümkünsüzlüyünə baxmayaraq, Azərbaycan Kiber İdman Federasiyası və Gaming League Azerbaijan (GLA) Gənclər və İdman Nazirliyinin və federasiyanın baş sponsoru Topaz-ın dəstəyi ilə onlayn turnirlərin təşkilinə hazırlaşırlar. Həmin yarışlarda Azərbaycan Respublikası ərazisində yaşayan istənilən şəxs adi ev şəraitində səhhəti ilə bağlı heç bir təhlükəylə üzləşmədən iştirak edə bilər. Mövcud şəraitdə kiber idman öz universal və innovasiya keyfiyyəti sayəsində məhz gələcəyin idman növü olduğunu bir daha isbatlamış olur. Belə ki, yaranmış şəraitdə kiber idman üzrə yarışlar formatı və qaydası dəyişdirilmədən keçirilməyə davam edəcək. Ümid edirik ki, bu vaxtadək offlayn turnirlərdə iştirak etməməmiş şəxslər də yaradılmış imkandan yararlanaraq yarışlara qatılacaq və kiber İdmanın azarkeşinə çevriləcəklərinə ümid və əminliyini ifadə edir

Hazırki vəziyyətlə əlaqədar olaraq, martın 29-da start götürəcək və #evdəqalevdənoyna şüarı altında keçiriləcək müxtəlif oyun növləri üzrə «#Evdeqal Cup Series» turnirlər seriyasını elan edirik. Və seriyanın birinci oyunu FIFA20 olacaq. İştirakçılar 6-12, 13-18 və 18-dən yuxarı yaş qruplarına bölünərək mübarizə aparacaqlar.

Turnirə qatılmaq üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz: https://u.to/NQnvFw"