COVID-19 infeksiyasına görə Rusiyada keçirilən İddiaçılar Turniri dayandırılıb.
Offsideplus.az xəbər verir ki, yarışda Teymur Rəcəbovu əvəzləyən fransalı şahmatçı Maksim Vaşye-Laqraf çempionatın dayandırılması haqda danışıb.
29 yaşlı qrossmeyster FİDE-nin əlindən gələni etdiyini bildirib:
"Bilirdik ki,turnir istənilən gün dayandırıla bilər. Mənim üçün çətin olmadı, öz işimi görürdüm, hazırlaşırdım, adi bir turnir kimi idi. Hiss edirdim ki, partiyalar da kifayət qədər keyfiyyətli idi. FIDE-nin mövqeyini də anlayıram, onlar turniri keçirmək istəyirdilər. Yarışdan imtina edən Teymur Rəcəbov haqlı idi. Rusiyada xəstəlik çox da güclü yayılmadığından turnir sona qədər davam edə bilərdi. FIDE əlindən gələni etdi. İnanmıram ki, onları nədəsə günahlandırmaq olar".