Məlum olduğu kimi FİDE bu gün şahmat üzrə İddiaçılar Turnirinin koronavirus səbəbindən təxirə salınması ilə bağlı məlumat paylaşb.

Offsideplus.az xəbər verir ki, Teymur Rəcəbov epidemiyanın yayılmasının sürətləndiyini nəzərə alaraq turnirdən iştirak etməkdən imtina etmişdi. "Twitter" istifadəçiləri bu xəbəri paylaşaraq azərbaycanlı şahmatçıya dəstək olublar.

Qrossmeysterimizə dəstək olanların arasında şahmat dünyasının məşhur ulduzu norveçli Maqnus Karlsen də var. O, Teymur Rəcəbovun bu turnirdə iştirak etməli olduğunu bildirib:

"Düşünürəm ki, Rəcəbov bu turnirdə oynamalı idi. Ona 2022 üçün bu kartın verilməsi mənasızdır. Onun burada oynaması üçün şərait yaratmalısınız."