Dünən azərbaycanlı şahmatçı Vüqar Əsədli tarixi uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, Lichess.org şahmat platformasında keçirilən 3+0 vaxt kontrollu "Titled Chess Arena" Blitz turnirində iştirak edən Əsəsdli hazırki Dünya Çempionu olan norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb.

Qeyd edək ki, şahmatçı qalibiyyətini dünən 80 illik yubileyini qeyd edən babasına hədiyyə edib