Çinli qrossmeyster Vanq Hao da İddiaçılar turnirində iştirak etmək istəmir.
Offsideplus.az xəbər verir ki, şahmatçı həmkarlarından fərqli olaraq Rusiyaya səfər etmək fikrində deyil. O, tezliklə ailəsi ilə birgə Yaponiyaya gedəcək. Vanq Hao məsələ ilə bağlı öz şəxsi feysbuk profilində açıqlama yayıb:
"İnanıram ki, FİDE tezliklə bütün tədbirləri təxirə salacaq. Bu, baş verməzsə, beynəlxalq təşkilatın epidemiyanın yayılmaması ilə bağlı tədbirlər görmək istəməsinə şübhə ilə yanaşacam".