Azərbaycanlı hakimlər Beynəlxalq Kiberidman Hakimliyi Akademiyası tərəfindən Təşkil olunmuş kurslarda iştirak ediblər. 

Azərbaycan Kiberidman Federasiyasından Offsideplus.az-a verilən məlumata görə, 24-28 fevral tarixlərini əhatə edən təlim kursu Cənubi Koreyanın Busan şəhərində təşkil olunub.

Azərbaycanın iki nümayəndəsi imtahanda uğurlu nəticə göstərərək beynəlxalq dərəcəli hakim dərəcəsini təsdiq edən diplom alaraq, Beynəlxalq Kiberidman Federasiyasının (IESF) tərəfindən əsası qoyulmuş Akademiyanın ilk məzunları sırasına qoşulublar.

Bu diplom hakimlərimizə Beynəlxalq Federasiyası tərəfindən təşkil olunan turnirlərdə hakimlik fəaliyyəti ilə məşğul olmaq imkanı yaradıb.
Akademiyanın mühazirəçiləri sırasında IESF-in prezidenti Kolin Vebster, beynəlxalq kiberidman hakimliyinin veteranları Sunqvon Li (Sungwon Lee) və Seonqxi Sinnara Ba (Seonghee Sinnara Bae) yer alıb.

Kurs hakimlərin nəzəri hazırlığı, etik davranış, kompyuter idmanında hakimlərin rolu, IESF qayda və normaları və digər məsələlər də daxil olmaqla bir neçə mövzu dairəsini əhatə edib.

Akademiyanın fəaliyyəti kiberidman hakimlərinin tədrisi və ixtisaslaşmaları üçün nəzərdə tutulmuş standartların və intensiv təhsil proqramlarının işlənib
hazırlanmasına həsr olunub. Proqram hazırlanarkən IESF onun yüksək standartlara uyğunluğunu təmin etmək üçün oyunların yaradıcıları ilə məsləhətləşmələr aparıb. IESF-in prezidenti Kolin Vebster hakimlərin imkanlarından maksimum yararlanmağın tərəfdarıdır: “Hakimlər IESF–in üzv federasiyalarımızın əsasını təşkil edir. Buna görə də təşkilat kiberidman ekosisteminin uzunmüddətli və sabit inkişafını təmin etmək məqsədilə hakimlərin imkanlarından maksimal dərəcədə yararlanmağa çalışır”.
Azərbaycan Kiberidman Federasiyası yerli turnirlərin səviyyəsini yüksəltmək, oyunçuların və komandaların ən yaxşı nəticələr nümayiş etdirmələri baxımından hakimlərin ixtisas dərəcələrinin artırılmasını diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, Azərbaycan Kiberidman Federasiyasının baş sponsoru "Topaz"dır.

На изображении может находиться: один или несколько человек, люди сидят и в помещении