Fevralın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində mükafat fondu 18 min avro olan “Aeroflot open” beynəlxalq şahmat festivalının doqquzuncu turunun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, festivalın sonuncu turunda A turnirində mübarizə aparan şahmatçılarımızdan Rauf MəmmədovAydın Süleymanlı qarşılaşıblar. Görüş heç-heçə yekunlaşıb. Bununla da Aydın Süleymanlı turnirin qalibi adını qazanıb.