Rusiyada keçirilən şahmat üzrə beynəlxalq "Aeroflot Open" turniri davam edir.

Offsideplus.az xəbər verir ki, 14 yaşlı dünya çempionumuz Aydın Suleymanlı turnirdə özündən həm yaşca həm reytinqdə çox yüksək olan şahmatçıları məğlub etməyi bacarıb. Aydın bu gün iranlı superulduz Parham Maqsoodlonu da məğlub edərək, ardıcıl 3-cü qələbəsini qazanıb və sona 1 tur qalmış liderliyə yüksəlib.

Qeyd edək ki, 2-ci yerdə hələ ki, daha bir təmsilçimiz Rauf Məmmədov qərarlaşıb.

2fc55759 cd4b 4a49 a98b c0a4cd3c97ed