Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində onuncu turun oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov növbəti turda yerli idmançı Jorden Van Foreestlə mübarizə aparacaq.
Doqquz turun nəticəsinə görə R.Məmmədovun aktivində 4,5 xal var.