Netflix "Cadugər" ("The Witcher") serialının yeni mövsümünü çəkmək üçün şəhərcik qurur.

Offsideplus.az "Redanian Intelligence" nəşrinə istinadla xəbər verir ki, ikinci mövsüm İngiltərənin Arborfild şəhərində çəkiləcək. Çəkiliş prosesesinin təxminən 5 ay davam edəcəyi və avqustun əvvəlində bitəcəyi qeyd olunur.

Netflix gələcəkdə seriallar çəkmək üçün Arborfilddən istifadə etməyi planlaşdırır.

Şirkət ikinci mövsümdə də Oksenfurtda olduğu kimi sonradan digər şəhərlərdə istifadə ediləcək dekorasiyalı şəhər quracaq.

"Cadugər"in ikinci mövsümü 2021-ci ildə yayımlanacaq.