Azərbaycan Kiberidman Federasiyası və “Gaming League Azerbaijan” təşkilatının birgə təşkil etdiyi FİFA20 turniri start götürüb.

Offsideplus.az xəbər verir ki, 504 nəfərin iştirak etdiyi, ümumi mükafat fondu 950 AZN olan turnir bir neçə həftə ərzində davam edəcək. 1/16 finala vəsiqə qazanacaq 32 iştirakçı GLA FİFA20 liqalarında iştirak hüququ əldə etmiş olacaqlar. Əsas liqanın qaliblərini isə daha böyük mükafatlar və beynəlxalq turnirlərdə iştirak şansı gözləyir.   

Nizami Esport arenada keçirilən turnirdən hazırladığımız videoreportajı təqdim edirik: