Səudiyyə Ərəbistanı hökuməti 26-30 dekabr tarixlərində krallıqda keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak etmək niyyətində olan 7 İsrail şahmatçısına viza verməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Reuters"ə istinadən "R-Sport" məlumat yayıb. FİDE-nin vitse-prezidenti İsrael Qelferin sözlərinə görə, bu təcrübə normaldır, çünki Səudiyyə Ərəbistanı və İsrail arasında rəsmi diplomatik münasibətlər qurulmayıb.