Veteran futbolçu Yunis Hüseynovun şahmat üzrə beynəlxalq qrossmeyster olan həyat yoldaşı Aynur Sofiyevaya yeni vəzifə verilib.
Offsideplus.az xəbər verir ki, o, sədr müavini olaraq çalışdığı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr vəzifəsini icra edəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədliyini irəli sürdüyü üçün məzuniyyətə çıxıb. Onun vəzifəsinin icrası isə komitə sədrinin müavini Aynur Sofiyevaya tapşırılıb.
2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti olmuş Sofiyeva 2007-cı ilin mart ayından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır (unikal.org)