Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə “Gaming League Azerbaijan”ın təşkil etdiyi FİFA20 oyunu üzrə mükafat fondu 1000 AZN olan turnirə start verilib.

Offsideplus.az xəbər verir ki, seçmə mərhələdə qeydiyyatdan keçən 80 iştirakçı mübarizə aparıb və nəticədə ən güclü 8 nəfər GLA FİFA liqasına vəsiqəni təmin edib. Hər qələbəyə görə 3 xalın qazanılacağı liqada, bütün komandalar bir-birləri ilə 1 dəfə qarşılaşacaq.Görüşlər dekabrın 22-də başlayacaq.

Eyni zamanda GLA-in Counter-Strike GO oyunu üzrə də mükafat fondu 2000 AZN olan turniri davam edir. 16 komandanın iştirakı ilə keçirilən liqa6 həftə ərzində davam edəcək.