2020-ci il Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib.

Offsideplus.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, Olimpiada gələn ilin 1 - 15 avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində deyil, paytaxt Moskvada keçiriləcək.

Tarixdə ilk dəfə təşkil olunacaq Ümumdünya Şahmat Paralimpiadası Xantı-Mansiyskdə baş tutacaq.