26-27 oktyabr tarixlərində Bakıda, kompüter oyunları üzrə 11-ci Dünya çempionatının Milli seçmə mərhələsi keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Kiber İdman Federasiyası və Gənclər və idman nazirliyi tərəfindən "Topaz"ın maliyyə dəstəyi ilə birlikdə keçirilən turnirin təşkilati dəstəyi Gaming League of Azerbaijan (GLA) tərəfindən təmin edilib. Seçmə mərhələ çərçivəsində bir komanda (DOTA 2) və iki fərdi (Tekken 7 və eFootball PES 2020) oyun növləri üzrə yarışlar keçirilib. 160-dan çox kiber idmançının iştirak etdiyi Milli Seçmə mərhələsində qaliblər müəyyənləşib.
DOTA 2
- Fırenation
- Caspian Wizards
- WD
eFootball PES 2020
- Təbriz (Capitan!GarFio) Mahmudov
- Nicat (Sharifov10) Şərifov
- Orxan (Joseph) Yusifli
Tekken 7
- Çingiz (Blaze) Karqin
- Elnur (MishimaAZE) Niyazov
- Vaqif (Monk) Nuriyev
Qalibləri təbrik edən Beynəlxalq Kiber İdman Federasiyasının idarə heyətinin üzvü, Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev Milli seçmə mərhələsinin qaliblərinin 11-15 dekabr tarixlərində Seul şəhərində (Cənubi Koreya) keçiriləcək kompüter oyunları üzrə 11-ci Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququnu qazandığını bildirib.
Qeyd edək ki, IESF 54 milli federasiyanı birləşdirən ən böyük kiber idman təşkilatıdır.
Xatırladaq ki, kompüter oyunları üzrə 6-cı Dünya Çempionatı 2014-cü ildə Bakıda keçirilmişdir.