Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin iştirakçıları Şəmkirdə basketbol oynayıb. 

Offsideplus.az-ın məlumatına görə, qarşılaşma yarışda yaranmış bir günlük fasilə vaxtına təsadüf edib. 

Görüşə 10 zəka sahibi ilə yanaşı, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadiy Dvorkoviç, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da qatılıb. Bir saat davam edən oyun maraqlı anlarla yadda qalıb.