Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün IV turun görüşləri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov qara fiqurlarla çıxış edəcək. Məmmədyarov çexiyalı David Navaranı sınağa çəkəcək. Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşacaq.

"ShamkirChess 2019"

IV tur

Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç)

Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan)

Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya)

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya)

Qeyd edək ki, 3 turdan sonra Karlsen 2,5 xalla 1-ci pillədə qərarlaşıb. Karyakin və Liren hərəyə 2 xalla 2-3-cü, Anand, Topalov və Rəcəbov hərəyə 1,5 xalla 4 - 6-cı yerləri bölüşdürür. Hərəyə 1 xala malik Navara, Məmmədyarov, Qrişuk və Giri isə 6 - 10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq.