Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri keçiriləcək.

Offsidplus.az-ın Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var. 

Hazırda Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya), Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya), Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir. 

Qeyd edək ki, ilk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

 

***

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri keçiriləcək.

Offsidplus.az-ın Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşacaq. 

 

 

"ShamkirChess 2019"

II tur

Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya) 

Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan)

Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, ilk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.