FIDE 2019-cu ildə keçiriləcək Qran-Pri turnirlərinin vaxtını və yerini açıqlayıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yarışlar 4 ölkədə keçiriləcək.
İlk Qran-Pri martın 16-30-dan Rusiyanın paytaxtı Moskvada, növbəti turnir iyulun 11-25-də Latviyanın paytaxtı Riqa ilə Yurmala şəhərində keçiriləcək. Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq.
Qeyd edək ki, FIDE Qran-Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.