"Yuventus" ötən mövsüm icarə əsasında heyətində olan Fransişku Konseysaunu birdəfəlik transfer etmək üçün "Portu" ilə danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, tərəflər razılığa gəlməyə yaxındır. "Qoca sinyora" bu keçid üçün 25 milyon avro ödəyəcək.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Konseysau başa çatan mövsüm 40 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə etməyi bacarıb.



