"Milan"ın yeni transferi Samuele Riççi Milan şəhərinə ayaq basıb.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
"Rossoneri" onun üçün "Torino"ya 25 milyon avro ödəyəcək.
Riççi 2022-ci ilin yanvarından "Torino"da çıxış edirdi. O, burada 113 oyuna çıxıb və 4 qol vurub.
Gənc futbolçu İtaliya yığmasının heyətində də 10 oyunda meydanda olub.