Avropada parlamağa davam edən Kenan Yıldız gələcək karyerası barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, türk ulduz "Tuttosport"a "Yuventus"da qalmaq istədiyini söyləyib:

"Yuventus"da sonsuza qədər qalmaq istəyirəm. Xəyalım budur", deyə o, bildirib.

2023-cü ildən "Qoca Sinyora"nın formasını geyinən 20 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq. Turin təmsilçisi Türkiyə milli komandasının üzvünə yeni sözləşmə təklif etmək istəyir. Yenilənmiş müqavilə ilə Kenan Yıldızın məvacibi 1,5 milyon avrodan 4 milyon avroya qədər artırılacaq.