İtaliyalı vinger Federiko Kyeza hazırda çıxış etdiyi “Liverpul”dan əvvəl “Yuventus”da oynayıb.

Offsideplus.az xəbər verir ki, o, 2024-cü ilin yayında “qırmızılar”a məhz Turin klubundan transfer olunub.

Federiko Kyeza keçmiş klubu haqqında belə danışıb:

“Yuventus? Bu klubu hələ də sevirəm. Ora qayıtmaq? Niyə də yox… Tiyaqo Motta (keçmiş “Yuventus” baş məşqçisi – red.) məni komandada görmək istəmirdi. O, mənə planlarına daxil olmadığımı və yeni klub tapmalı olduğumu dedi".

Qeyd edək ki, 2024/2025 mövsümündə Kyeza “Liverpul”un heyətində bütün turnirlərdə 14 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.