"Milan" klubunda yeni baş məşqçi Massimiliano Alleqri ola bilər.
Offsideplus.az xəbər verir ki, "rossoneri" Alleqri ilə şifahi razılıq əldə etməyə yaxındır. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
"Napoli" rəhbərliyi Antonio Konte ilə yola davam edərsə, o zaman Alleqri böyük ehtimalla "Milan" klubuna keçəcək. Əks halda 57 yaşlı mütəxəssis Neapol təmsilçisinə yollanacaq.
Qeyd edək ki, italyan çalışdırıcının son klubu "Yuventus" olub. O, "Milan" rəhbərliyinin prioritet seçimidir və bu vəzifədə Serxio Konseysaunu əvəzləyə bilər.
Qeyd edək ki, "Milan" İtaliya çempionatında 2024-25 mövsümünü 8-ci pillədə başa vurub.