"Roma"nın qapıçısı Mile Svilar kluba ayrılmaq istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Retesport" portalı məlumat yayıb.

Svilar cari mövsümdə A Seriyasının ən yaxşı qapıçısı seçilib. O, 16 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Onun "canavarlar"la 2027-ci ilin yayına qədər müqaviləsi var. Transfermarkt portalına görə 25 yaşlı çərçivə qoruyucusunun bazar dəyəri 17 milyon avrodur.