"İtaliyadan da, Səudiyyə Ərəbistandan da təkliflər var. Amma şənbə günü oynayacağımız finaldan öncə bu təkliflər barədə düşünmək ağılsızlıq olardı".

Offsideplus.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Simone İnzaqi deyib. O, Milan klubunun rəhbərliyi ilə görüşəcəyini də bildirib:

“Finaldan sonra “İnter” rəhbərliyi ilə görüşəcəm və uyğun şərtlər olarsa, birlikdə davam edəcəyik”.

Qeyd edək ki, İnzaqi ilə S. Ərəbistanın "Əl-Hilal" klubu yaxından maraqlanır. İtaliyalı mütəxəssis bu təklifi qəbul etsə, ən çox qazanan baş məşqçi olacaq.

Əlavə edək ki, onun komandası mayın 31-də Çempionlar Liqasının finalında "İnter"lə üz-üzə gələcək.