İtaliya A Seriyasında 2024/25 mövsümünün çempionu "Napoli" klubu oldu.
Offsideplus.az xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu isə Skott Maktominey seçilib.
Şotlandiyalı futbolçu ötən ilin yayında Neapol klubuna qoşulub. "Napoli" onun üçün "Mançester Yunayted" 30 milyon avro ödəyib.
Maktominey A Seriyasında 34 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. O, Romelu Lukakudan sonra komandanın ən məhsuldar oyunçusu olub.